Kazino fəaliyyətinə icazə verilir
Azərbaycan Respublikasının bir sıra qanunvericilik aktlarına kazino və mərc oyunları ilə bağlı dəyişikliklər və əlavələr edilib. Hazırkı icmalımızda qeyd olunan dəyişiklik və əlavələrdən bəhs ediləcək.
-
Dəyişiklik və əlavə edilmiş qanunvericilik aktları.
Kaizno və mərc oyunları ilə bağlı aşağıdakı qanunvericilik aktlarına dəyişiklik və əlavələr edilib:
- Nazirlər Kabinetinin 05 noyabr 2010-cu il tarixli, 456 saylı “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta tariflərinin müəyyən edilməsi haqqında” Qərarı
- Nazirlər Kabinetinin 05 avqust 2016-cı il tarixli, 295 saylı “Lisenziya blanklarının və əlavələrinin hazırlanmasına sifarişin verilməsi, onların bölgüsünün həyata keçirilməsi, blanklardan istifadənin uçotunun və hesabatının aparılması Qaydası”nın və lisenziya, ümumi lisenziya, xüsusi lisenziya blanklarının və əlavələrinin formalarının təsdiq edilməsi haqqında” Qərarı
- Nazirlər Kabinetinin 05 avqust 2023-cü il tarixli, 269 saylı Qərarı ilə təsdiq edilmiş “İşğaldan azad edilmiş ərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların Siyahısı”
- Nazirlər Kabinetinin 2024-cü il 12 fevral tarixli 83 saylı Qərarı ilə təsdiq edilmiş “Valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınması zamanı onların hərəkətinin dayandırılmasına dair Qaydalar”
-
Dəyişiklik və əlavələrin mahiyyəti
- Lotereya, idman mərc və kazino oyunlarının təşkili üzrə fəaliyyət aşağı riskli (2-ci risk dərəcəsi) kateqoriyasında tanınır;
- Süni torpaq sahələrində kazino fəaliyyəti üçün xüsusi lisenziya blankının yaradılıb;
- Kazino oyunları üçün xüsusi masalar vergi və gömrük güzəştləri tətbiq olunan malların siyahısından çıxarılıb;
- Valyuta sərvətlərinin mənbə və istifadə məqsədi barədə məlumat formasında “O Mərc oyunu” ilə yanaşı “O Kazino oyunları” qeyd ediləcək.
Dəyişiklik və əlavələrin tam mətni ilə linkdən https://e-qanun.az/framework/61390 keçid edərək tanış ola bilərsiniz.